Rafinyanın həyat yoldaşı Nataliya Belloli "İnstagram" hesabında paylaşım edərək braziliyalı futbolçunun "Globe Soccer Awards"ın "2025-ci il üçün ən yaxşı kişi oyunçu" mükafatına namizəd olduğunu göstərib.
Sportinfo.az xəbər verir ki, paylaşım azarkeşlərin diqqətini çəkib. İstifadəçilərdən biri zarafatla yazıb: “O, bu il Rafinya heç olmasa nəsə qazanana qədər dayanmayacaq”.

Postun altında azarkeşlər Bellolini fəal şəkildə dəstəkləyirlər: “Düz edir, belə həyat yoldaşı arzu olunan biridir”.
Belloli artıq bir neçə dəfə Rafinyanı fərdi mükafatlar üzrə səsvermələrdə açıq şəkildə dəstəkləyib və “Barselona” azarkeşləri bunu yüksək qiymətləndirir.




