AZ

Bilmədiyiniz maraqlı 10 fakt: Dünyada toyuqların sayı insanlardan çoxdur!

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Dovşanlar və tutuquşular, başlarını çevirmədən arxalarını görə bilən nadir heyvanlardandır

Dünyamız, ilk baxışda adi görünən bir çox detalın əslində nə qədər təəccüblü faktlar gizlətdiyi bir yerdir. Gündəlik həyatda gözümüzdən yayınan heyvan davranışlarından tutmuş, kosmik stansiyadakı zaman anlayışına qədər bir çox məlumat düşündüyümüzdən daha maraqlıdır. Sherg.az maraq oyandıran və təəccübləndirən bu faktları sizin üçün topladıq. Detallar aşağıdadır…

Milçəklərin musiqi sirri

Gündəlik həyatda çox əhəmiyyət vermədiyimiz adi milçəklərin əslində müəyyən bir musiqi nizamında vızıltı yaratdıqlarını bilirdinizmi? Bu kiçik canlılar qanadlarının hərəkəti ilə “fa” notuna uyğun titrəyiş əmələ gətirirlər. Təbiətin bu ritmik harmoniyası, həşərat aləminin nə qədər sistemli və maraqlı olduğunu göstərir.

Tullana bilməyən yeganə məməli

Nəhəng cüssələri ilə tanınan fillər, heyvanlar aləminin ən maraqlı istisnalarından biridir. Güclü əzələlərinə baxmayaraq tullana bilməyən yeganə məməli olmaları, həm ağırlıq mərkəzləri, həm də skelet quruluşları ilə bağlıdır.

Planetin ən geniş yayılmış heyvanı

Dünyada yaşayan toyuqların sayının insanlaradan çox olması bir çoxlarını təəccübləndirir. Qlobal qida tələbatı və sürətli çoxalma qabiliyyəti toyuqları planetin ən geniş yayılmış heyvanına çevirib.

Ayaqlardakı həssas tarazlıq

İnsan bədənindəki sümüklərin dörddə biri ayaqlarda yerləşir. Bədənimizi daşıyan bu kompleks quruluş, tarazlıqdan duruşa qədər bir çox funksiyanı eyni anda yerinə yetirir.

BAYQUŞLARIN RƏNG GÖRMƏ BACARIĞI

Quş növləri arasında mavi rəngi ayırd edə bilən yeganə növün bayquşlar olduğu deyilir. Bu xüsusiyyət onların möhtəşəm gecə görmə qabiliyyətinə əlavə üstünlük qataraq ov zamanı ətrafı daha dəqiq seçmələrinə kömək edir.

SAATLARDA 10:10 ƏNƏNƏSİ

Saatların reklam və vitrinlərdə ən çox 10:10-u göstərməsi estetik səbəblərlə bağlıdır. Əqrəb və yelqovanın “V” formasında dayanması loqonun və cadranın daha aydın görünməsini təmin edir. Bu bucaq həm də psixoloji olaraq “gülümsəyən üz” effekti yaradır.

ARXANI GÖRMƏ BACARANLAR

Dovşanlar və tutuquşular, başlarını çevirmədən arxalarını görə bilən nadir heyvanlardandır. Geniş görüş bucağı onların vəhşi təbiətdə sağ qalma şansını artırır.

KORNA NOTASI: FA

Maraqlı təsadüf: Bir çox avtomobilin siqnal səsi də milçəklərin vızıltısı kimi “fa” notuna yaxın tonda olur. Bu tonun eşitmək baxımından daha təsirli olduğu düşünülür.

KOSMOSDA ZAMAN ANLAYIŞI

Beynəlxalq Kosmik Stansiyada bir gün təxminən 90 dəqiqə çəkir. Bu isə astronavtların bir gündə 16 dəfə gün batımını izlədikləri anlamına gəlir. Yer ətrafında yüksək sürətlə hərəkət edən stansiyada zaman tam fərqli şəkildə yaşanır.

Florida ştatının sahəsinin İngiltərədən böyük olması coğrafiya biliklərinin bəzən vizual qavrayışla ziddiyyət təşkil etdiyinə yaxşı bir nümunədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
sherg.az

1Mənbələr