AZ

“Azərbaycan universitetlərinin reytinqindəki nəticələri real elmi mühiti əks etdirmir” DOSENT

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 20-də Böyük Britaniyanın “Times Higher Education” (THE) şirkəti dünya univeristetlərinin “İnterdisiplinar Elm Reytinqi 2026” (“Interdisciplinary Science Rankings 2026”) nəticələrini açıqlayıb. THE-nin “Schimidt Science Fellows” təşkilatı ilə birgə hazırladığı və dünyanın 97 ölkəsindən 911 ən yaxşı ali məktəbin daxil olduğu bu reytinqdə Azərbaycanın 13 universiteti yer alıb. Universitetlərin fənlərarası elmə töhfəsini ölçən reytinqin top-1000-lüyündə yer alan

Azərbaycanın 4 ali təhsil müəssisəsinin mövqeyi belədir:

1. Azərbaycan Dövlət İqtisad Universiteti  — 351-4002. Bakı Dövlət Universiteti — 401-5003. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti — 601-8004. Azərbaycan Texniki Universiteti -800+

Gununsesi.info-ya açıqlamasında təhsil eksperti, dosent İlham Əhmədov məsələyə belə reaksiya verib :

“Ölkəmizin daha 9 universiteti reytinqə “reportyor” qismində daxil olub. Qeyd edilib ki, reytinq elmi mükəmməlliyi artırmaq və fənlərarası əməkdaşlığı inkişaf etdirmək üçün yaradılıb.

Universitetlərə fənlərarası tədqiqatları qiymətləndirməyə kömək etmək üçün nəzərdə tutulub.

Tədqiqat universitetlərin fəaliyyətini üç əsas istiqamət üzrə ölçür:

1. Resurslar (maliyyələşdirmə);

2. Proses (uğur ölçüləri, imkanlar, inzibati dəstək və yüksəliş);

3. Nəticələr (nəşrlər, tədqiqatın keyfiyyəti və reputasiyası).

“Interdisciplinary Science Rankings” universitetlərin fənlərarası elmə töhfəsini ölçən və qlobal problemləri həll etmək üçün elmlərarası əməkdaşlığı qiymətləndirən ilk reytinqdir.

Universitetlərimizin uğuru bizi sevindirir, amma müəyyən suallar da doğurur: əgər universitetlərimiz heç bir qrant almadan, 30 il ərzində universitetlərdə elmi tədqiqatlar maliyyələşmədən, ölkədə sanballı elmi jurnallar nəşr edilmədən, tədqiqatların aparılması üçün müasir laboratoriya və avadanlıqlara sahib olmadan, ölkədə bir dənə də olsun Tədqiqat Universiteti olmadan belə reytinq qazanmaq, əsl möcüzədir”.

Onu da xatırladaq ki, Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə həsr olunan tədbirdə çıxışı zamanı deyib ki, Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil.Nazir bildirib ki, tarix kitablarının çoxu tarixi faktların sıralamasından ibarətdir:

“Düşünürəm ki, bu dəyişməlidir. Bu mənim fikrimdir. Biologiya fənni üzrə də dərsliklərimiz beynəlxalq standartlara uyğun deyil, yeni dərsliklər hazırlanmalıdır. Bunu mütəxəssislər etməlidir. Oturub uşaqlara normal dərslik yazmaq lazımdır”.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
icma.az

1Mənbələr