BAKI, 27 noyabr. TELEQRAF
UEFA Çempionlar Liqasında həftənin oyunçusu mükafatına namizədləri açıqlayıb.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, əsas mərhələnin V turunun ən yaxşısı adına Kilyan Mbappe (“Real Madrid”), Seru Girassi (“Borussiya Dortmund”), Vitinya (PSJ) və Pyer-Emerik Obameyanq (“Marsel”) iddia edir.
Mbappe "Olimpiakos"a (4:3) dörd qol, Girassi "Vilyarreal"a (4:0) iki qol, Vitinya "Tottenhem"ə (5:3) üç qol, Obameyanq isə "Nyukasl"a (2:1) iki qol vurub.