AZ

Rusiyada yeni Çin avtomobilləri tükənir

Rusiyada avtomobil salonlarında məşhur Çin markalarının yeni modelləri tükənməyə başlayıb. 

HİT.az “The Moscow Times”ya istinadən xəbər verir ki, hazırda "Haval", "Changan", "Geely", "Belgee" və "Jetour" kimi markalarda ciddi çatışmazlıq müşahidə olunur.

“Anbar ehtiyatları, o cümlədən keçən ilin modelləri, göz qabağında əriməkdədir”, deyə Rusiya avtomobil marketpleysi FRESH-in təsisçisi Denis Migal bildirib. Başqa bir biznes nümayəndəsi isə əlavə edib ki, ən çox tələb olunan Çin modelləri artıq yalnız məhdud sayda qalıb.

Oktyabr ayında Rusiyada 165 700 yeni minik avtomobili satılıb ki, bu, son 12 ayın rekord göstəricisidir. Sentyabr ayı ilə müqayisədə avtomobil bazarı 35% artıb. Bu rəqəm 2024-cü ilin oktyabr ayındakı 171 200 satış göstəricisinə bir qədər yaxın olub.

Tələb artımının səbəbi rusiyalıların yeni utilizasiya vergisi qaydaları qüvvəyə minməmiş avtomobil almağa tələsilməsidir. Qaydaların 1 noyabrda tətbiq olunması planlaşdırılsa da, daha sonra bu tarix 1 dekabra qədər təxirə salınıb.

Rusiya mütəxəssisləri bildirir ki, utilizasiya vergisinin illik indeksləşdirilməsi avtomobil idxalını az cəlbedici edir, yerli istehsalı isə daha sərfəli edir. Buna görə gələcəkdə Çin markaları üçün Rusiyada istehsalın lokalizasiyası əsas yol olacaq.

1 yanvardan etibarən isə Çin avtomobil istehsalçısından ixrac icazəsi tələb edəcək, bu isə Rusiyada Çin avtomobillərinin çatışmazlığını daha da artıracaq.

Son illərdə Çin avtomobil markaları Rusiya bazarının yarısından çoxunu ələ keçirib. Bu yalnız minik avtomobillərinə deyil, yük maşınlarına da aiddir.

Avqust ayında Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat verib ki, Rusiya yük avtomobili istehsalçıları daxili bazarda ciddi uğursuzluq yaşayıb, Çin markaları isə satışların yarısından çoxunu əldə edib. Daha əvvəl isə, iyul ayında, Rusiyanın ən böyük avtomobil istehsalçısı “AvtoVAZ” iş həftəsini dörd günə endirəcəyini açıqlayıb. Bu yüksək faiz dərəcələri və Çin ilə rəqabətlə əlaqədardır.

Samir
 

Seçilən
20
hit.az

1Mənbələr