AZ

Honq Konqdakı yanğında ölənlərin sayı 44-ə ÇATDI

Honq Konqda baş verən yanğın nəticəsində ölənlərin sayı 44-ə çatıb, 279 nəfər itkin düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, yanğın Tay Po rayonunda yaşayış kompleksini tamamilə məhv edib. Tikinti şirkəti ilə əlaqəsi olan 3 nəfər həbs edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Honkonqdakı şiddətli yanğında ölənlərin sayı ARTDI - VİDEO

Honq Konqda güclü yanğın: 4 ölü, 9 yaralı var – ANBAAN VİDEO


Qeyd edək ki, hadisə ötən gün baş verib. Yanğın Vanq Fuk Kort yaşayış kompleksinin bütün səkkiz binasını əhatə edib. “The New York Times” bildirib ki, yanğının səbəbi hələ müəyyən edilməyib. Səlahiyyətlilər yaşayış kompleksinin qüllələrinin fasadlarını bitirmək üçün istifadə edilən tikinti materiallarının guya yanğın təhlükəsizliyi standartlarına cavab vermədiyini bildiriblər.

Bizim.Media

Seçilən
46
bizim.media

1Mənbələr