AZ

İtaliya dağlarda turistlər üçün sərt yeni qaydalar tətbiq edib

Qışda İtaliyaya çoxlu xizək həvəskarları gəlir.

QHT.az xəbər verir ki, Avropada turistlər üçün yeni məhdudiyyətlər davam edir və bu dəfə liderliyi İtaliya edib. Noyabrın 1-dən etibarən ölkənin bütün xizək enişlərində xizəkçilər, snoubordçular və lügerlər üçün CE sertifikatlı dəbilqə taxmaq məcburi olub; qaydanı pozanlar 200 avro cərimələnəcək və liftlərdən istifadə hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Bu, dünyada bütün böyüklərdən dəbilqə tələb edən ilk belə genişmiqyaslı qaydadır.

İtaliyada həmçinin xizək zonalarında spirtli içkilərdən istifadə və bəzi yerlərdə liftlərdə yemək qadağandır. Digər turist məhdudiyyətləri çərçivəsində Maldiv adaları 2006-cı ildən sonra doğulanlara siqareti, Barselona isə bar turlarını yasaqlayıb.

 

R.İmanov

Seçilən
9
qht.az

1Mənbələr