AZ

Honq Konqda yanğında 44 nəfər ölüb, 279 nəfər itkin düşüb

Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsinin Tai Po rayonunda baş verən yanğında 44 nəfər həyatını itirib, 279 nəfər isə itkin düşüb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, yerli yanğınsöndürmə idarəsi bu barədə açıqlama yayıb.

Təxminən 4000 nəfərin yaşadığı təxmin edilən kompleksdə alovlar içində olan 7 yaşayış binasından 3-ü nəzarət altına alınsa da, 4 binada yanğın davam edir.

Qeyd edək ki, 279 nəfərin itkin düşdüyü faciədə 26 yanğınsöndürmə qrupu hələ də işlərini davam etdirir.

İlahə QənbərliMissiya.Az

Seçilən
48
missiya.az

1Mənbələr