AZ

Qulaqcıqla əks yola çıxan skuter sürücüsü özünü maşının önünə atdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Xırdalan şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə pozan skuter sürücüsünün videosu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, qulaqcıq taxaraq kənar səslərdən məhrum olan skuter sürücüsü əks yolla hərəkət edərək qaydaları pozub. Daha sonra həmin sürətlə sağ zolağa keçərək hərəkətdə olan avtomobilin önünə çıxıb. Sürücü onu vaxtından əvvəl gördüyü üçün dayanaraq baş verə biləcək qəzanın qarşısını alıb.

Avtomobilin sürücüsü irad bildirən zaman, o, "yavaş gəl, tıxacdır" deyərək özünə haqq qazandırıb. Lakin videodan da görünür ki, avtomobilin sürücüsü hətta yolda qoyulan sürətdən olduqca asta hərəkət edib.

Sözügedən videonu təqdim edirik.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
avtosfer.az

1Mənbələr