BAKI, 27 noyabr. TELEQRAF
Bu il noyabrın 1-nə Azərbaycanda bankların cəmi aktivləri 56 milyard 341,9 milyon manat təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank-ın "Statistik Bülleten" ində məlumat verilib.
Məlumata görə, bank sektorunun cəmi öhdəlikləri 49 milyard 182 milyon manat olub.
Hesabat dövründə bankların balans kapitalı isə 7 milyard 159,9 milyon manat səviyyəsində qeydə alınıb.