AZ

“Black Friday” endirimləri sərfəlidir, yoxsa sadəcə marketinq hiyləsidir? - RƏY

Bakı.Trend:

“Black Friday” kampaniyaları dünya üzrə ildən-ilə daha genişvüsət alan alış-veriş aksiyasıdır və şirkətlər bu dövrdəmüştəriləri cəlb etmək üçün çoxsaylı endirim, xüsusi təkliflərtəqdim edirlər. Bu, Azərbaycanda “Qara cümə” adlanır və noyabrınsonuncu həftəsi müxtəlif mağazalarda təşkil edilir. “Black Friday”dövründə alış-verişin kütləvi şəkildə artması ilə yanaşı,qiymətlərdə saxtakarlıq halları da müşahidə olunur. Bir çox mağazaendirim görüntüsü yaratmaq üçün əvvəlcə məhsulların qiymətini sünişəkildə artırır, sonra isə “çox böyük endirim” adı ilə yenidənaşağı salır.

Mövzuyla bağlı Azad İstehsalçılar Birliyinin sədri EyyubHüseynov Trend-əaçıqlamasında bildirib ki, “Qara Cümə"nin tarixi 18-ci əsrə gedibçıxır və bu, istehlakçıları tora salmaq, onları cəlb etmək üçün birmarketinq fəndidir.

“Heç də bundan ticarətçilər, satıcılar zərər çəkmir. Əgəristehsalçılar zərər çəksəydilər, həmin günü "Qırmızı Cümə"adlandırarlar. Bu, istehlakçılar üçün bir "qara gündür". Ona görə"qara gün"dür ki, belə kampaniyalarda çoxlu sayda yararsız, vaxtıkeçmiş, ikinci əl, təzə adı ilə satılan, zavod defekti olanmalların satışı həyata keçirilir. Öncədən biznes qurumları bunahazırlıq görürlər, əvvəl qiymətləri çox yüksək qoyurlar, sonra guyaaşağı salırlar və sair”.

Birlik sədri qeyd edib ki, Nazirlər Kabinetinin 94 saylıqərarına görə, istehlakçının hüququ var ki, malın əvvəlki qiymətinidə, sonrakı qiymətini də göstərən rəsmi sənədə baxsın və lazımgələrsə, onu geri qaytarsın.

"Qara Cümə" günlərində həm həqiqi endirim ola bilər, həm dəyalançı. Həmin gün əslində istehlakçıların kütləvi aldadılmagünüdür. Əlbəttə, o günlərdə istehlakçılar canfəşanlıq edirlər,tələb, təklif üst-üstə düşür, mütləq keyfiyyətsiz xidmət vəkeyfiyyətsiz mal ortaya çıxır. Təəssüf ki, bu, istehlakçıların ənçox aldandığı gündür.

Həmin günlərdə istehlakçı hüquqları pozularsa, 012-599-76-00nömrəsi ilə Prezident yanında Antiinhisar və Bazarın NəzarətiDövlət Agentliyinə məlumat vermələrini və ya Azad İstehlakçılarBirliyinə yazılı müraciət etmələrini tövsiyə edirəm. Bu günlərdə ənçox endirim mürəkkəb texniki cihazlara, paltaryuyanlara, plazmalaratətbiq olunur. Alıcılar mütləq yerində onların keyfiyyətiniyoxlasınlar. Digər ölkələrdə də "Qara Cümə" keçirilir. Lakin bütünölkələrdə aldadılma da var, həqiqət də. Təəssüf ki, aldadılmahəqiqətdən daha çoxdur.

İqtisadçı ekspert Xalid Kərimli Trend-ə açıqlamasında bildirib ki, “BlackFriday” endirimləri ilə bağlı qanun yoxdur, sadəcə şirkətlərkönüllü şəkildə bu prosesə qoşulurlar. Yəni heç kim şirkəti məcburetmir ki, bu kampaniyada iştirak etsin.

“Bu, sadəcə satışda bir endirim kampaniyasıdır. Bu baxımdan,təbii ki, gerçəkdir. Alıcılar da kifayət qədər ağıllı və həssasdır,qiymətləri müqayisə edə bilirlər. Məsələn, daim qiymətlərindənxəbərdar olduğum fitness klubu əvvəl 50%-ə qədər endirim edirdi.Mən şəxsən o qiymətləri izləyirdim deyə endirimin real olduğunubilirəm.

Amma, əlbəttə, fırıldaqçılıq edənlər də var. Bu, o demək deyilki, bütün şirkətlər belədir. Prosesdən sui-istifadə edənlər, reklammesajlarını səhv verənlər, rəqabət məcəlləsini pozan şirkətlər dəolur. Amma ümumən “Black Friday” endirimləri kifayət qədərgerçəkdir”.

X.Kərimli qeyd edib ki, bu endirimlər adi kampaniyalardır, hərbirinin öz qayda və şərtləri var. İstəyən iştirak edir, istəməyənetmir.

“Heç kim endirimlərdən yararlanmağa məcbur deyil. Qara Cümə iləbiz qərbin praktikasını tətbiq etmiş oluruq. Azərbaycan bazarındada şirkətlər bu günə uyğun kampaniyalar edir. Bu, noyabrın sonhəftəsində tətbiq edilir və amerikalıların təcrübəsinə əsaslanır”,-deyə o əlavə edib.

Seçilən
63
2
az.trend.az

3Mənbələr