AZ

Problemli kreditlərin həcmi açıqlandı

Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 544,8 milyon manat təşkil edib.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb Bu, oktyabrın 1-i ilə müqayisədə 3,2 % çoxdur.Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 21,3 %, son 1 ildə isə 13,55 % artıb.

Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət sentyabrın sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il oktyabrın sonuna isə 1,7 % olub.

Seçilən
71
11
metbuat.az

10Mənbələr