AZ

BYD nin mühərrikini açdılar “Porsche” sistemi çıxdı VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Oppozit mühərrikləri dünyada cəmi 2 istehsalçı – “Porsche” və “Subaru” geniş tətbiq edir. Bu mühərriklər səssiz işləməsi və motorxanada az yer tutması ilə seçilir. Doğrudur, oppozit mühərrikin istehsalının müəyəyn çətinlikləri də var, lakin bu başqa söhbətin mövzusudur. 

Avtosfer.az xəbər verir ki, Şanxay Universitetinin 2 professoru BYD-nin lüks modeli olan “YangWang U7”nin mühərrikini söküblər. Məlum olub ki, dördsilindrli 2 litrlik mühərrik “Porsche”nin altısilindrli oppozit mühərrikindən çox da fərqlənmir: 2 qazpaylama valı, 2 zəncir və s.

Maraqlı budur ki, dünyada bütün istehsalçılar hibrid avtomobilləri adi dördsilindr mühərriklə komplektləşdirir. Hətta “Porsche” özü bu mühərriklərin hibrid modellərdə tətbiqinə tələsmir. BYD isə bir qədər də irəli gedərək oppozit mühərrik tətbiq edib. Bu sistem ingiliscə “six-core” adlanır, yəni daxiliyanma mühərriki + generator + 2 elektrik mühərriki + 2 güclü maqnit. Bu modeldə sistem ümumilikdə 272 at gücü hasil edə bilir.

Çində ilin əvvəlində satışa çıxarılmış doldurulabilən hibrid “YangWang U7”nin qiyməti 80 min dollara yaxındır.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
avtosfer.az

1Mənbələr