AZ

Rasim Bağırov: Spesifik sahələr üzrə müzakirələr aparılır

BAKI, 27 noyabr. TELEQRAF

"Türk Dünyası" dövlətləri ilə əməkdaşlığımız həmişə yaxşı olub, Qırğızıstanın Şuşa Qlobal Media Forumunda iştirakı bunun sübutudur.

Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov bu gün keçirilən Türk Dövlətləri Təşkilatının Media və informasiya üzrə işçi qrupunun 12-ci iclasında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün keçirilən iclasda tərəflər hamısı ölkələrində keçirdikləri informasiya, dezinformasiya ilə mübarizə, audiovizual sahələrində tədbirlər, gələcəkdə nəzərdə tutulan planlar, hazırda üzərində iş gedən, müxtəlif spesifik sahələr üzrə nəzərdə tutulan platformalar barədə müzakirələr aparıb.

"Burada çoxtərəfli layihələrlə yanaşı iki tərəfli layihələr də özünü əks etdirir. Türkiyə, Özbəkistan, Qazaxıstan ilə bağlı keçirilən forumda geniş təmsil olunmuşduq. Qırğızıstan ilə də münasibətlərimiz çox yaxşıdır.

Bu iclas çərçivəsində üzərində işlədiyimiz fəaliyyət planını müzakirə etdik. Azərbaycan nümayəndə heyəti olaraq qeyd etdik ki, Azərbaycan üçün TDT-yə üzv ölkələrlə əməkdaşlıq prioritet məsələlərdən biridir. Azərbaycan və Özbəkistan arasında isə yol xəritəsi adlı sənəd mövcuddur. Bu sənəd çərçivəsində bir sıra tədbirlər keçirilib və həmin tədbirlər qarşılıqlı xarakter daşıyır", - o əlavə edib.

Seçilən
35
teleqraf.com

1Mənbələr