AZ

Göyçayda iki maşın toqquşdu, sürücülərdən biri yaralandı VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Göyçay rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 26-da saat 21:00 radələrində qeydə alınıb. Belə ki, 20 yaşlı Nihad Əliyevin idarə etdiyi 15-BU-011 dövlət nömrə nişanlı “VAZ-21013” markalı maşın, 41 yaşlı Namiq Həsənovun idarə etdiyi “QAZ-31” markalı avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “VAZ” sürücüsünün manevr qaydasını pozması olub.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib, “VAZ”ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
avtosfer.az

1Mənbələr