Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının IV turu çərçivəsində iki oyun keçiriləcək.
Fanat.Az xəbər verir ki, günün ilk qarşılaşmasında "Neftçi" "Xilasedici"ni qəbul edəcək.
Oyun saat 16:00-da başlayacaq.
İkinci matçda isə "Ordu" ilə "Azərreyl" münasibətlərinə aydınlıq gətirəcəcəklər. Oyuna saat 18:00-da start veriləcək.
Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.
Qeyd edək ki, tura noyabrın 28-də yekun vurulacaq.