AZ

Böyük dəhliz layihələrində əsas maneələrdən biri rəqəmsallaşmanın yetərsizliyidir Nazir

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Böyük dəhliz layihələrində əsas maneələr sərhəd standartlarının fərqli olması, rəqəmsallaşmanın yetərsizliyi və infrastruktur çatışmazlığıdır.

525.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.

"Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Forumunda Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara Dəniz Regionu üzrə Əhatəli Əlaqələndirmə Gündəliyi panelində iştirak etdik. Azərbaycanın strateji mövqeyi, sabitliyi və iqtisadi diversifikasiyası ilə etibarlı və cəlbedici investisiya məkanı olduğunu vurğuladıq", - deyə nazir qeyd edib.

R.Nəbiyev həmçinin Zəngəzur dəhlizinin Avropa ilə Mərkəzi Asiya arasında dayanıqlı, sürətli və sərfəli əlaqə yaradacağını, Orta Dəhlizin isə region üçün davamlı və effektiv model kimi inkişaf etdirildiyini bidirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
5
525.az

6Mənbələr