AZ

Səhiyyə naziri TDT Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransında çıxış edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi vənazirliyin 2 nömrəli Bakı Baza Tibb Kollecinin təşkilatçılığı iləBakıda “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı vəMamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı”keçirilib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, beynəlxalq tədbirdə dövlət qurumlarının rəhbərşəxsləri, millət vəkilləri, Türkiyə, Özbəkistan, Qazaxıstan vəQırğızıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri,səhiyyə sektorunun rəsmi nümayəndələri, Azərbaycanda və xaricdəfəaliyyət göstərən ali və orta tibb təhsili müəssisələrinintəmsilçiləri, aparıcı səhiyyə müəssisələrinin rəhbərləri həmçininTürk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin səhiyyə sahəsindətanınmış elm adamları iştirak ediblər.

”Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı vəMamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı”nınaçılış mərasimində çıxış edən Teymur Musayev tədbirin mahiyyətinivurğulayaraq, ümummilli lider Heydər Əliyevin Azərbaycanda tibbtəhsilinə böyük diqqət yetirdiyini diqqətə çatdırıb:

“Ulu Öndərin göstərişi ilə 2 nömrəli Bakı Tibb Məktəbi üçün yenibina tikilib. Bu, ümummilli lider Heydər Əliyevin səhiyyəyə, tibbtəhsilinə, orta tibb personalının hazırlığına verdiyi böyükdiqqətin təzahürü idi”.
Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti və gərginzəhməti sayəsində hər sahənin inkişaf etdiyini vurğulayan nazirdeyib:

“Bu tərəqqi ölkə səhiyyəsinin timsalında bariz şəkildə görünür.Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, HeydərƏliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyühumanitar təşəbbüslər və qayğıya ehtiyacı olan şəxslərə sonsuzdiqqəti bu sahənin inkişafında mühüm rol oynayır”.

Nazir qeyd edib ki, 2 nömrəli Bakı Baza Tibb Kollecininkollektivinin orta ixtisas tibb kadrlarının müasir tələblərə uyğunsəviyyədə yetişdirilməsi yolunda yorulmadan çalışır.

Beynəlxalq konfransda çıxış edən Türkiyə Respublikası EgeUniversiteti Sağlamlıq Elmləri Fakültəsinin dekanı Esin ÇeberTurfan, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin Tibb Bacısıİşi üzrə baş mütəxəssisi Rixsi Salixodjayeva, QazaxıstanRespublikası “EMİLİ” Ali Tibb Kollecinin direktoru Nurjan Bijanov,Qırğızıstan Respublikasının Bişkek Ali Tibb kollecinin direktoruÇolpon Usubaliyeva və digərləri tədbirin Azərbaycandakeçirilməsindən məmnunluqlarını ifadə ediblər. Onların sözlərinəgörə, bu cür tədbirlər Türk dövlətlərinin səhiyyəsində son illərdəəldə olunan nailiyyətləri paylaşmasına, həm də təcrübəmübadiləsinin aparmasına imkan yaradır.

Daha sonra beynəlxalq elmi-praktiki konfransda panel sessiyalarkeçirilib.

Sessiyalarda “Azərbaycanda tibb bacısı (qardaşı) və mamalıqixtisasları üzrə mütəxəssislərin hazırlığı və təhsilin inkişafistiqamətləri”, ”Tibb bacısı və mamalıq təhsilində rəqəmsallaşma vəsüni intellektin rolu”, ”Mamalıq təhsilində keyfiyyətin təminatı:beynəlxalq standartlar” və digər məruzələr dinlənilib. Sonraməruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dairsuallar cavablandırılıb.
Konfransın sonunda məruzəçilərə və xarici qonaqlara sertifikatlartəqdim olunub.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Seçilən
29
9
az.trend.az

10Mənbələr