AZ

Gürcüstanla aqrar sahə üzrə birgə İşçi Qrup yaradılacaq

Azərbaycanla Gürcüstan arasında aqrar sahədə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi ilə bağlı birgə İşçi Qrupun yaradılması ilə bağlı razılıq əldə olunub.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, əməkdaşlıq istiqamətlərinə nazir Məcnun Məmmədovun Gürcüstana səfəri çərçivəsində bu ölkənin ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili ilə görüşü zamanı toxunulub.

Görüşdə kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə müasir texnologiyaların transferi, rəqəmsallaşma, peşəkar kadrların hazırlanması, işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi və digər istiqamətlər üzrə gələcək əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

David Sonqulaşvili ölkəsinin aqrar sahədə rəqəmsallaşma, ağıllı kənd modeli, istixanaların yaradılması sahələrində Azərbaycan təcrübəsinin öyrənilməsi və bu istiqamətlərdə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb.

Yekunda müzakirə olunan məsələlər üzrə konkret fəaliyyət planının hazırlanması barədə razılıq əldə olunub.

Seçilən
34
vergiler.az

1Mənbələr