AZ

"Barselona"nın futbolçusu İtaliya klubuna keçə bilər

Bakı. Trend:

“Barselona”nın müdafiəçisi Andreas Kristensen karyerasınıİtaliyada davam etdirə bilər.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi “Latsio”yakeçmək niyyətindədir.

Danimarka millisinin üzvünün “Barselona” ilə müqavilə müddəti2026-cı il iyunun 30-na qədərdir. Kristensen “Çelsi” və “Borussiya”(Münhenqladbax) klublarının da formasını geyinib.

“Latsio” İtaliya A seriyasında 18 xalla 8-ci pillədədir.

Seçilən
17
4
az.trend.az

6Mənbələr