Böyük Britaniyada qəribə qəzada 5 maşını əzilib, yola yapışqan dağılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, tərləmiş şüşəni silməyən sürücü zəncirvari qəza törədib, məhkəmə ona hökm oxuyub.
Hadisə Böyük Britaniyanın Uels bölgəsində, Flintşir qraflığında qeydə alınıb. Məhkəmə ötən ilin dekabrında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 57 yaşlı Kristofer Trayb barəsində qərar çıxarıb.
Məlumata görə, Kristofer beş avtomobili əzib və yola külli miqdarda sənaye yapışqanı dağıdıb. Qəzaya səbəb kimi günəşin aşağıda olması və sürücünün avtomobilin tərləmiş ön şüşəsini silməməsi göstərilib. Görmə məhdudiyyəti səbəbindən o, idarəetməni itirib.
Məhkəmənin hökmü ilə vətəndaşa 36 həftəlik şərti həbs cəzası verilib və o, 1 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Xuraman Etibarlı
İnterpress.az