AZ

"Özüm də eyni durumda olmuşam" - Cerrard Slotun mümkün qovulmasına münasibət bildirdi

"Liverpul"un canlə əfsanəsi Stiven Cerrard bu mövsüm bütün turnirlərdə 9 məğlubiyyət acısı dadan İngiltərə nəhənginin baş məşqçisi Arne Slotun mümkün istefasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "qırmızılar"ın sabiq kapitanı və yarımmüdafiəçisinin sözlərini "Daily Mail" belə çatdırıb:

"Yaşadığımız dünya belədir. Özüm də eyni durumda olmuşam. Anlamaq lazımdır ki, vəziyyət bu həddə çata bilir. Top səviyyəli klubdan danışırıqsa, belə hallar qaçılmazdır".

Xatırladaq ki, Slot 2024-cü ilin yayından "Liverpul"un "sükanı arxası"ndadır. Mersisayd təmsilçisi niderlandlı mütəxəssisin rəhbərliyi altında ötən mövsüm İngiltərə Premyer Liqasının qalibi olub.

Nihat

Seçilən
21
fanat.az

1Mənbələr