Yazını böyüt
Yazını kiçilt
Papa XIV Leo bu gün başlayacaq Türkiyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
Hafta.az xəbər verir ki, Türkiyə və Vatikan liderlərinin diqqəti, gözlənildiyi kimi, regional və qlobal proseslərə, xüsusən də Yaxın Şərqdəki vəziyyətə yetiriləcək.
Danışıqlardan sonra Prezident Ərdoğan və Papa XIV Leo dünyanın üçüncü və Türkiyənin ən böyük kitabxanası olan Ankaradakı Milli Prezident Kitabxanasında mətbuat qarşısında çıxış edəcəklər.
Papanın səfər proqramına, həmçinin İstanbul və İznik ziyarətləri də daxildir.
Papa XIV Leonun ilk xarici səfəri noyabrın 30-da başa çatacaq. O, ikitərəfli münasibətlər tarixində Türkiyəyə səfər edən Roma Katolik Kilsəsinin beşinci rəhbəri olacaq.