ain.az, Lent az portalına istinadən məlumat yayır.
Bu gün Xəzər TV-də efirə gedən “İncə səhər” verilişi yarımçıq dayandırılıb.
Xəzər TV-dən Lent.az-a bildirilib ki, bu gün saat 10:38-də “Xəzər TV”də “İncə Səhər” verilişinin yayımı zamanı texniki problem yaranıb. Bildiririk ki, sözügedən verilişin bu həftə efirə getmiş bütün buraxılışları öncədən çəkilib. Verilişin bugünki buraxılışı da əvvəlki günlərdə çəkilib, anonsu uğurla yayımlanıb və həmin mərhələdə heç bir nasazlıq qeydə alınmayıb.
Bu gün yayımlanacaq buraxılış 2 fayldan ibarət idi. 1-ci fayl heç bir problem olmadan efirə verilib. Reklam buraxılışına ayrılıb və 2-ci faylın yayımlanması zamanı texniki problem yaranıb. Fayl “playout” sistemi tərəfindən oxunmadığı üçün efirə çıxmayıb. Tətbiqi proqram təminatında kritik xəta baş verib, bu isə əsas efir serverində cihaz səviyyəli nasazlıq yaradıb, nəticədə də verilişin tam yayımı mümkün olmayıb.
“Xəzər TV” olaraq yaranmış narahatlığı anlayışla qarşıladıqları və efirimizi diqqətlə izlədikləri üçün izləyicilərimizə minnətdarlığımızı bildiririk.
***
12:58
Bu gün Xəzər TV-də efirə gedən “İncə səhər” verilişi yarımçıq dayandırılıb.
Proqramın qonaqları tanınmış müğənnilər - Almaxanım Əhmədli, Pərviz Abdullayev və Namiq Qasımov olub.
Həftəiçi hər gün saat 10:00-dan 12:30-dək davam edən veriliş bu gün saat 11:40-da reklama ayrılsa da, sonradan davam etməyib. Proqramın vaxtından tez yekunlaşması ilə bağlı aparıcı Vüsalə Əlizadə heç bir məlumat verməyib.
Verilişin dayandırılması barədə kanal tərəfindən də hələlik hər hansı rəsmi açıqlama verilməyib./ “Qafqazinfo”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.