AZ

AFFA bölgə klubunun futbolçusunu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda 2-ci liqanın 10-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Quba” – “Ağstafa Gəncləri” oyununun 21-ci dəqiqəsində “Quba”nın 5 nömrəli futbolçusu Ramin Məhərrəmov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq. Onun klubu isə “100 manat cərimələnib. Bu oyunun 61-ci dəqiqəsində “Quba” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə bölgə təmsilçisi 300 manat cərimə edilib. Bu görüşdə "Ağstafa Gəncləri”ndə 6 nəfər sarı vərəqə aldığı üçünklub 70 manat cərimələnib.

“Göygöl” – “Şəmkir” oyununa Təcili Tibbi Yardım avtomobili gec gəldiyinə görə matç gec başladığı üçün “Göygöl” 200 manat cərimə edilib.

“Kür-Araz” – “Xankəndi” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Kür-Araz” 150 manat cərimələnib.

Seçilən
4
3
football-plus.az

5Mənbələr