AZ

Sosial mediadan istifadəyə yaş məhdudiyyəti qoyulur

Avropa Parlamenti (AP) üzvləri Avropa İttifaqında (Aİ) uşaqların sosial mediaya çıxışı üçün minimum yaş həddi olaraq 16 yaşın tətbiq olunmasını təklif ediblər.

"Cebheinfo.az" xəbər verir ki, Strasburqda keçirilən AP Baş Assambleyasının iclasında azyaşlıların onlayn mühitdə qorunmasına dair tədbirləri əhatə edən təklif 483 lehinə səslə qəbul edilib.

Təklifdə azyaşlıların onlayn mühitdə qarşılaşdıqları fiziki və psixoloji sağlamlığa təsir edən risklərin narahatlıq doğurduğu vurğulanıb.

Sosial media platformaları üçün minimum yaş həddinin müəyyənləşdirilməsi tövsiyə edilən təklifdə belə qeyd olunub: 

“Valideynlərin uşaqlarının rəqəmsal fəaliyyətlərini idarə etmələrinə və yaşa uyğun onlayn qarşılıqlı əlaqəni təmin etmələrinə kömək etmək üçün parlament sosial media, video paylaşım platformaları və süni intellekt əsaslı tətbiqlərə çıxış üçün Aİ miqyasında uyğunlaşdırılmış rəqəmsal minimum yaş həddi kimi 16 yaşın müəyyən edilməsini təklif edir”.

Təklifdə 13–16 yaş arası uşaqların yalnız valideyn icazəsi ilə rəqəmsal platformalara daxil ola bilməsi, 13 yaşdan kiçiklərin isə bu platformalara çıxışının qadağan olunması istənilib.

Aİ Komissiyasından birlik miqyasında yaşın təsdiqlənməsi üçün bir sistem hazırlaması tələb olunan təklifdə, platformaların məhsullarının təhlükəsiz və yaşa uyğun dizayna malik olması vacibliyi vurğulanıb.

Təklifdə həmçinin, yetkinlik yaşına çatmayanlarda asılılıq yarada biləcək sonsuz sürüşdürmə (scrolling), avtomatik oynatma, mükafat dövrləri, tətbiqdaxili valyutalar, “ruletka” oyunları və irəliləmək üçün ödəniş kimi xüsusiyyətlərin qadağan olunması, Aİ qaydalarına əməl etməyən saytların isə bloklanması tələb olunub.

Seçilən
10
cebheinfo.az

1Mənbələr