Sea Breeze

Aqrar Sığorta Fondu yaranandan 20 milyon manata yaxın ödəniş edib.

Bunu fondun İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədli deyib.

Onun sözlərinə görə, hazırda 2025-ci ilin zərərləri tənzimlənmə mərhələsindədir və ödənişlər həyata keçirilir:

“Bu, təkcə meyvə bağlarına aid deyil”.

R.Səmədli əlavə edib ki, fond 41 növ bitkini sığortalayır, 2024-cü ildə bağlanmış sığorta müqavilələrinin sayı 2023-cü illə müqayisədə 21%-ə yaxın artıb:

“Fermerlərin buna marağının artdığını görürük. Əvvəllər sığorta müqaviləsi bağlanılan zaman daha çox dənli bitkilər üstünlük təşkil edirdisə, son illər meyvə bağları üzrə daha çox sığorta müqaviləsinin bağlanılmasını müşahidə edirik. Fermerlər başa düşür ki, öz risklərini, öz gəlirlərini artıq təminat altına alırlar”.

Medinex
ETX
Medinex
ETX
Medinex
ETX