AZ

Roma Papasının Türkiyə PROQRAMI

Xəbər verdiyimiz kimi, Roma Papası XIV Leo Türkiyəyə səfər edib.

“Cebheinfo.az” xəbər verir ki, o, ilk xarici səfəri çərçivəsində qardaş ölkəyə gedib.

Papanı Ankaranın Esenboğa Havalimanında Türkiyə Cümhuriyyəti Kültür və Turizm naziri Mehmet Nuri Ersoyun rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Roma Papası ilk olaraq Ankarada Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün qəbrini ziyarət edib. O, daha sonra Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək. Papa paytaxtda vətəndaş cəmiyyəti və diplomatik korpus nümayəndələri ilə də görüşlər keçirəcək.

Bundan başqa, Papa XIV Leonun Diyanət İşləri İdarəsinə gedərək sədr Safi Arpaquş ilə görüşəcəyi, Ankaradakı rəsmi görüşlərindən sonra İstanbula gedəcəyi açıqlanıb. O, sabah İstanbulda Roma Papası əvvəlcə Harbiyedəki Müqəddəs Esprit Katolik Kilsəsində (Müqəddəs Ruh Katedrali) yepiskoplar, keşişlər, diakonlar və din xadimləri ilə görüşəcək, daha sonra Fransa yoxsullar evini ziyarət edəcək. Günortadan sonra isə İznikə gedəcək və Birinci İznik Şurasının 1700-cü ildönümünü qeyd edən xristian məzhəbləri arasındakı tədbirdə iştirak edəcək.

Papa XIV Leo noyabrın 29-da Sultanəhməd məscidini ziyarət edəcək, ardınca Mor Efrem Süryani Qədim Pravoslav Kilsəsini ziyarət edəcək, orada yerli kilsə ziyarətçiləri və xristian icmalarının liderləri ilə görüşəcək. O, son olaraq Aya Georgi Kilsəsi və Fənər Rum Patriarxlığı olacaq, burada Fənər Rum Patriarxı Varfolomey ilə görüşəcək və daha sonra ortaq bəyannamə imzalayacaq.

Vatikan lideri şənbə günü isə “Volksvagen Arena”da kütləvi mərasimə qatılacaq. Onun Türkiyə səfəri bazar günü başa çatacaq. Papa günortadan sonra Atatürk Hava Limanından şəxsi təyyarəsi ilə Livanın paytaxtı Beyruta səfər edəcək.

Seçilən
11
8
cebheinfo.az

10Mənbələr