AZ

Anasını öldürən qız cinayəti “Roblox” oyununda məşq edib? – ŞOK DETALLAR

Anasını öldürən yeniyetmə cinayəti “Roblox” oyununda planlaşdırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Sankt-Peterburqda anasını qətlə yetirən 13 yaşlı məktəbli saatlarla “Roblox” oyununda və sosial şəbəkələrdə vaxt keçirib. Onun “TikTok”da paylaşdığı videolardan birində oyun avatarının yanan mənzildə rəqs etdiyi əks olunub.

Bu fakt cinayətin əvvəlcədən planlaşdırıla biləcəyi ehtimalını gündəmə gətirib.

Bildirilir ki, anası qızının qadjetlərdən asılılığından narahat olduğu üçün onu nəzarətdə saxlamağa çalışıb və sosial şəbəkələrdə vaxt keçirməsini məhdudlaşdırıb. Həmçinin, anasının ona dostları ilə görüşməyə icazə verməməsi qızı qəzəbləndirib.

Bu qadağalar səbəbindən ana və bala arasında tez-tez mübahisələr yaranıb. Növbəti mübahisə zamanı qız bıçağa əl ataraq anasını amansızcasına qətlə yetirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
36
interpress.az

1Mənbələr