AZ

Paşinyan: “Namizədliyimi irəli sürəcəyəm”

AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının siyasi fəaliyyəti ondan və ya başqa insanların şəxsiyyətindən asılı olmadığını dəfələrlə vurğuladığını deyib.

Onun sözlərinə görə, hakim partiya seçki proseslərinin açıq və şəffaf olduğu, qərarların kollektiv şəkildə qəbul edildiyi demokratik siyasi təşkilatdır.

“Mən partiyanın İdarə Heyətinin sədriyəm və mənim səsim həlledicidir, amma bu o demək deyil ki, məsələlər yalnız mənim istəyimlə həll olunur. Ayrı-ayrı keçmiş partiya üzvlərinə qarşı qaldırılan işlər şəxslərə deyil, bir qurum kimi partiyaya aiddir və namizədlər partiyanın özünün müəyyən etdiyi şəxslərdir. Mən deputatlığa namizədəm və baş nazir postuna namizəd olmaq niyyətindəyəm”,- Nikol Paşinyan vurğulayıb.

Erməni ekspertlər sabah Azərbaycana gəlir
O, 2026-cı il parlament seçkilərində “Ermənistan xalqının” qəti qələbə qazanacağına əmin olduğunu bildirib. Paşinyan ardıcıl şəkildə başqa heç bir məqsəd güdmədən seçkilərdə iştirak prinsipinə sadiq qaldığını və bundan sonra da bu mövqeyə qalmağı planlaşdırdığını söyləyib.

Ermənistanın baş naziri həbsdə olan iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Bizimki kimi” hərəkatı ilə bağlı sualına“Əgər kimsə özünü mənim onlardan qorxduğuma nandırmaq istəyirsə, bu, onların problemidir”cavabını verib.

Nikol Paşinyan həmçinin azərbaycanlılarla erməniləri dialoqa çağırıb.

- Bu dialoqun olmamasının səbəbinin bir hissəsi odur ki, ermənilər Azərbaycan ritorikasında heç nə dəyişmədiyini, azərbaycanlılar isə, onların fikrincə, erməni ritorikasında heç nəyin dəyişmədiyini görürlər. Ritorikanı dəyişmək üçün dialoq lazımdır. 37 ildir davam edən münaqişəni 5 ekspertin iki görüşü ilə dəyişmək mümkün deyil”,- Ermənistanın baş naziri jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, noyabrın 21-22-də Bakıda Ermənistanı təmsil edən beş ekspertin iştirakı ilə dəyirmi masa keçirilib. Ondan bir müddət əvvəl isə ikitərəfli dialoq çərçiəsində azərbaycanlı ekspertlər İrəvana səfər etmişdilər.

Sahil İsgəndərov
AzVision.az


Seçilən
69
azvision.az

1Mənbələr