Bakı. Trend:
Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində 2026-2027-ci tədrisilində Çində təqaüdlə təhsil almaq istəyənlərlə bağlı yekun qərarın2026-cı ilin iyul ayında veriləcək.
Trend xəbərverir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət AgentliyininBeynəlxalq əməkdaşlıq şöbəsi, Xaricdə təhsil sektorunun başməsləhətçisi Niftalı Qasımlı bildirib.
Onun sözlərinə görə, təqaüd proqramına müraciət etmək istəyənlər3 universitet qeyd edə bilər:
“Müraciət etmək istəyən şəxslərin ixtisaslardan asılı olaraq DİMbalları 350 və 450 olmalıdır. Magistr və doktorantura səviyyəsiüzrə təhsil almaq istəyənlərin isə ÜOMG (ümumi orta müvəffəqiyyətgöstəricisi) 100 baldan ən az 70 olmalıdır. Eyni zamanda, buşəxslər ölkədə təhsilin 50 faizini tamamlamamış olmalıdırlar.
Bakalavr təhsili yalnız Çin dilindədir. Magsitr və doktoranturaüzrə isə ingilis dilində təhsil imkanı var. Çin tərəfi ingilis diliüzrə “Duolingo” dil sertifikatını qəbul etmir, yalnız İELTS vəTOFEL sertifikatları təqdim edilməlidir”.
Çində təqaüdlə təhsilə müraciət üçün isə bu sənədlər tələbolunur:
- CV
- Motivasiya məktubu
- Çin dili sertifikatı (bakalavrlar üçün)
- İELTS və ya TOFEL sertifikatı
- Təhsil sənədləri
- Tibbi arayış (Çin tərəfindən təqdim olunan)
- Hərbi bilet
- 2 ədəd Tövsiyyə məktubu
- 18 yaşı tamam olmamış şəxslər üçün Çindən qəyyumluqla bağlı sənədvə valideynlərin notarial təsdiq edilmiş razılıq sənədi.