AZ

Bu restoranda nəzarətsiz saxlanılan quşlar aşkarlandı

Yenisabah saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hacıqabul rayonunun Pirsaat qəsəbəsində yerləşən “Fədək” restoranında baytarlıq nəzarəti olmadan saxlanılan quşlar aşkar olunaraq aidiyyəti qurumlara təhvil verilib. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının epizootoloji komissiya ilə birgə keçirdiyi monitorinq zamanı məlum olub.

Agentlik bildirir ki, təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması və biotəhlükəsizlik tələblərinə riayət olunması məqsədilə aparılan yoxlama zamanı quşlara baytar həkim tərəfindən kliniki baxış keçirilib. Daha sonra ərazi dezinfeksiya, dezinseksiya və deratizasiya olunaraq müvafiq tədbirlər icra edilib.

AQTA tərəfindən prosesin nəzarətdə saxlanıldığı qeyd olunur.

Aytac Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
yenisabah.az

4Mənbələr