Qırğızıstan hakimiyyəti Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Bişkekə səfəri zamanı Ukrayna səfirliyinin binasını görünməz etmək üçün Intımak Ordo iqamətgahından 200 metr aralıda karkaslı ekran quraşdırıb.
Tikinti Rusiya prezidentinin iştirakı ilə tədbirlərin keçirildiyi rəsmi iqamətgaha yaxın yerdə qurulub. Yol yaxınlıqda yerləşən Ukrayna səfirliyi sözügedən iqamətgahın 200 metliyində yerləşir və oradan ayın görünür.
Ukrayna diplomatik missiyası vəziyyətlə bağlı şərh verməkdən imtina edib, lakin qeyd edib ki, "Aydındır ki, səbəb-nəticə əlaqəsi var". Bəzi ekspertlər düşünür ki, Ukrayna səfirliyinin binasının gizlədilməsində məqsəd odur ki, Putin bina üzərindəki Ukrayna bayrağını görüb qanını qaraltmasın.
Musavat.com