AZ

Övladınız tez tez xəstələnirsə, səbəbi bunlar ola bilər Pediatr AÇIQLADI

ain.az bildirir, Demokrat.az portalına istinadən.

"Azyaşlıların tez-tez xəstələnməsinin səbəbi uşaqların zəif olması deyil, həyat tərzinin dəyişməsidir. İndiki uşaqlar steril ortamda böyüyür, hər şey dezinfeksiya olunur, toz, torpaq və mikrob təması yoxdur. Orqanizm mikroblarla tanış olmasa, immunitetini artıra bilməz".Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış pediatr Günay Rəsulova deyib. O bildirib ki, immunitet əzələ kimidir və işləməsə zəifləyir: "Biz uşaqları qoruyarkən bəzən həddindən artıq müdafiə edirik, bu da immunitetin zəifləməsinə səbəb olur.

Bir az soyuq, külək və torpaq uşağa zərər deyil, əksinə immunitet üçün dərsdir. Orqanizm bu dərslər sayəsində immun mexanizmlərini gücləndirir.

Digər tərəfdən, indiki uşaqlar az hərəkət edir, havada az olur və günəş işığının təsirinə az məruz qalır. D vitamini, yaxşı yuxu və təmiz hava immunitetin artmasına böyük dəstək olur. Ona görə uşaqların çox xəstələnməsi indiki dövrlə bağlı deyil, yalnız bugünkü həyat tərzimizlə əlaqədardır".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
demokrat.az

1Mənbələr