AZ

Namibiyada regional seçkilərdə Adolf Hitler qalib gəlib

Bakı, 27 noyabr, AZƏRTAC

Namibiyada dünən keçirilən regional seçkilərdə Ompunca dairəsi üzrə Adolf Hitler Uunona adlı şəxs qalib gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Namibian” qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, hakim SWAPO (Namibiya Cənub-Qərbi Afrika Xalq Təşkilatı) partiyasından namizəd olan siyasətçi səslərin 85 faizini toplayaraq beşinci müddətə yenidən regional müşavir postuna seçilib.

O, bu yaxınlarda adındakı Hitler sözünü dəyişdirmək üçün müraciət edib. Hazırda Adolf Uunonanın sənədləri ilə bağlı lazımi prosedurlar aparılır. Namibiya üçün bu qeyri-adi adı ona atası qoyub. Siyasətçi iddia edir ki, valideynləri onu kimin şərəfinə adlandırdıqlarını axıradək başa düşməyiblər.

Müasir Namibiya 1915-ci ilin yayınadək Almaniyanın müstəmləkəsi olub və bu səbəbdən orada alman adları çox yayılıb.

Seçilən
83
16
azertag.az

10Mənbələr