ain.az, Avtosfer saytına istinadən bildirir.
Sürücülərin yol hərəkəti qaydalarını pozmaları nəticəsində ölkə ərazisində hər gün qəza baş verir.
Avtosfer.az xəbər verir ki, artıq sürücülər yollarda pozduqları qaydaların videolarını sosial şəbəkələrdə paylaşmaqdan da çəkinmirlər.
“TikTok” platformasında təhlükəsizlik kəməri taxmadan avtomobil idarə edən Elvin adlı şəxs də öz videolarını paylaşıb. O idarə etdiyi “BYD” markalı avtomobili əlini sükandan çəkərək, yolda video çəkərək sürür. Arxa oturacaqda azyaşlı qızı olduğu halda bu cür təhlükəli hərəkətlər edən sürücü videolarını sosial şəbəkə hesabında paylaşmaqdan da çəkinmir.
Üstəlik, cütlük video çəkərkən arxada əyləşən azyaşlı da təkbaşına qalıb, videoya baxmaq üçün önə əyilir və maşının qabaq oturacaqlarının arasında dayanır. Buna da vaideyn olaraq heç bir reaksiya bildirməyən şəxslər başa düşmür ki, ani tormozlama nəticəsində o uşaq maşından çölə “uçacaq”. Bütün qaydaları eyni anda pozan sürücü, həm özünün, həm də
Qeyd edək ki, əlini sükandan çəkməyə və təhlükəsizlik kəmərindən istifadə etməməyə görə sürücülər 40 manat məbləğində cərimə edilirlər.
Səfər
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.