AZ

Təcrübə üçün kilo yığan fitnes-bloger ÖLDÜ - FOTOLAR

Rusiyada arıqlama proqramını təbliğ etmək üçün qəsdən kilo yığan 30 yaşlı fitnes-bloger Dmitri Nuyanzin dünyasını dəyişib.

Avtosfer.az xəbər verir ki, həyat yoldaşının dediyinə görə, təcili yardım vaxtında gəlmədiyi üçün o, evdə ürək tutmasından ölüb.

"Bir neçə gün əvvəl o, özünü pis hiss etməsindən və döş qəfəsində ağrılardan şikayətlənməyə başladı. O, son vaxtlar çox yemək yeyirdi və çox məşq edirdi. Onlar dedilər ki, bu, idmançıların başına gələ bilər", - mərhumun həyat yoldaşdeyib.

O əmindir ki, Dmitri ölümünə fast food səbəb olmayıb və əksini iddia edən media orqanlarını məhkəməyə vermək niyyətindədir.

Ölümündən bir gün əvvəl Dmitri müştərilərlə məşqlərini ləğv edib.

Fitnes-bloger, öz izləyicilərinə arıqlama prosesini nümayiş etdirmək üçün məqsədyönlü şəkildə necə kökəldiyini göstərən bloq çəkirdi./Medianews.az

Скриншот с видео

Seçilən
18
1
avtosfer.az

2Mənbələr