AZ

"Vizaların aradan qaldırılması turizmə müsbət təsir göstərir" - Ceyhun Aşurov

"Azərbaycan son dövrlər bir sıra ölkələrlə viza rejimini ləğv edir. Təbii ki, bunların bəziləri sırf siyasi yaxınlıqla əlaqədardır, amma bəzi ölkələrlə turizm əlaqələri və səyahətlər mövcuddur. Bu, gəliş-gedişə də müsbət təsir göstərə bilər".

Bu barədə Redaktor.az-a açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov bildirdi.

Onun sözlərinə görə, bəzi Avropa ölkələri ilə viza rejiminin ləğv olunması, eləcə də Maldivlərlə və Bəhreynlə vizanın aradan qaldırılması bu ölkələr arasında turist axınına müsbət təsir edə bilər:

"Amma uzaq ölkələrə və ya müəyyən Afrika ölkələrinə səfərlər olsa da, bu, ilk növbədə daha çox siyasi yaxınlaşmanın göstəricisidir. Gələcəkdə iki ölkə arasında siyasi, iqtisadi və təhsil sahələrində yaxınlaşmanın şahidi ola bilərik və nəticə etibarilə bu yaxınlaşma qarşılıqlı səyahətlərə də müəyyən qədər kütləvi olmasa belə təsir göstərə bilər. Ümumiyyətlə, daha sərbəst səyahətlərin olması üçün viza prosedurlarının asanlaşdırılması vacibdir. Xüsusən hədəf bazarlarında bu məsələlərin sadələşdirilməsi, vizaların aradan qaldırılması və birbaşa uçuşların təmin olunması turizmə müsbət təsir göstərər".

Nuriyyə NATİQQIZI

Seçilən
8
1
redaktor.az

2Mənbələr