AZ

Papa Türkiyəyə getdi


Vatikanın Prezidenti Roma Papası XIV Leo Türkiyəyə rəsmi səfərə gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə Türkiyəyə səfər edən Roma Papasının şəxsi təyyarəsi Türkiyə vaxtı ilə saat 12:30 (Bakə vaxtı ilə saat 13:30) radələrində Ankara Esenboğa hava limanına çatıb. Onu Ankara Esenboğa hava limanında mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun da daxil olduğu nümayəndə heyəti qarşılayıb.
Roma Papası ilə birlikdə Vatikanın dövlət katibi (baş nazir) kardinal Pyetro Parolin, dövlət əlaqələri katibi (xarici işlər naziri) arxiyepiskop Pol Riçard Qallaxer, rəsmilər və bu səfəri işıqlandıracaq 70-dən çox jurnalist Türkiyəyə gəlib.
Papa XIV Leonun Ankaradakı ilk dayanacağı “Anıtkabir” olacaq. O, Atatürkün məqbərəsinə əklil qoyacaq və “Anıtkabir”in xüsusi qonaqlar kitabına imza atacaq. Oradan Prezident Kompleksinə gedəcək. Prezident Ərdoğan Papa XIV Leonu rəsmi mərasimlə qarşılayacaq. Daha sonra iki lider təkbətək görüşəcək. Roma Papası rəsmilər, vətəndaş cəmiyyəti nümayəndələri və diplomatik korpusun nümayəndələri ilə də görüşəcək.
Paytaxtdakı rəsmi görüşlərindən sonra Papa XIV Leo həmin axşam Ankaradan İstanbula gedəcək.
Papanın Türkiyəyə səfəri 30 noyabr bazar gününə qədər davam edəcək. O, həmin gün Atatürk Hava Limanından şəxsi təyyarəsi ilə Livanın paytaxtı Beyruta yola düşəcək.
Seçilən
28
yeniavaz.com

1Mənbələr