AZ

Məktəb, yoxsa ailə təsərrüfatı



Lerik rayonun Namiq Hacıyev adına Tikəband kənd tam orta ümumtəhsil məktəbinin direktoru Əlövsət Əlinur əvvəlki illərdə elədiyi saxtakarlığına görə bir dəfə regional təhsil idarəsi tərəfindən töhmət almağına baxmayaraq yenə də öz saxta fəaliyyətinə davam edir. Belə ki, qızı Əlinur Ülkər Əlövsət qızının adı iki ildir Tikəband məktəbində ibtidai sinif müəllimi kimi gedir, lakin özü Bakı şəhərində yaşayır, atası burda onu yola verir. Bundan əlavə məktəbin indiki 11-ci sinif şagirdləri iki ildir məktəbdə tapılmır, heç bir dərsdə iştirak etmir. Xahiş edirəm, qeyd etdiyim faktlar şəxsən nazirlik tərəfindən araşdırılsa daha yaxşı olar. Yerli təhsil idarəsinin obyektiv yoxlama aparılmasına inanmıram .
Seçilən
13
1
newscenter.az

2Mənbələr