Azvision saytına istinadən ain.az xəbər verir.
Bu sözləri TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva Gəncə şəhərində media nümayəndələri üçün təlimdə söyləyib. O bildirib ki, hazırda 43 tibb müəssisəsində ümumilikdə 45 hemodializ mərkəzi fəaliyyət göstərir: "Bu mərkəzlərdən ikisi son illərdə yaradılıb. Cari ildə 100-dən çox hemodializ cihazı TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə paylanılıb, istifadə müddəti başa çatmış cihazlar yeniləri ilə əvəzlənib". Nəzrin Mustafayeva həmçinin diqqətə çatdırıb ki, müvafiq Dövlət Proqramı çərçivəsində xəstələr üçün lazımi dərman preparatlarının təmin edilməsi təşkil olunur.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.