AZ

Bu ölkə də Trampı dəstəklədi - “Batka” nə demək istədi?

Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün hazırlanan “Tramp planı”na qarşı çıxan ölkələrin sayı kifayət qədər çox olsa da, bu planı müdafiə edənlər də olmamış deyil.

Hazırda demək olar ki, 28 bəndlik sülh planı ətrafında dünya iki hissəyə bölünüb.

Ağ Ev sahibi Donald Trampın fikirləri ilə razılaşan dövlətlər sırasında Belarusiya ön sıralardadır. Bu ölkənin rəhbəri Aleksandr Lukaşenko Bişkekdə keçirilən KTMT sammitində bu barədə danışıb.

O bildirib ki, ABŞ-ın Ukrayna üzrə sülh planı işləkdir və danışıqlar üçün yaxşı əsasdır. Bu barədə axar.az məlumat yayıb.

Sitat: “Plan tələsik hazırlanıb və ona görə də düzəlişlər edilməli və həzm oluna bilən formada təqdim edilməlidir. Ərazilərlə bağlı hər şey metrinə, kilometrinə, ən incəliklərinə qədər təfərrüatlı olmalıdır”.

“Batka” nə demək istəyir? Hansı düzəlişlərdən söhbət gedir? Həzm etmək dedikdə, nəyi nəzərdə tutur?

İrəvanın

Siyasi analitik Asif Nərimanlı Musavat.com-a bildirdi ki, Lukaşenkonun Kremlin demək istədiklərini çatdırır: “ABŞ-ın planının hazırlanmasında Rusiya tərəfi də iştirak edib və ilkin variantı qəbul ediblər. Belə görünür ki, Moskva planının hazırlanmasında tələsib, çünki ABŞ-ın “Rosneft” və “Lukoil”ə qarşı sanksiyaları 21 noyabrda işə düşəcəkdi, bu plan isə 19 oktyabrda razılaşdırılıb. Rusiya bununla sanksiyaların işə düşməsindən öncə ortaq məxrəcə gəlməkdə maraqlı olduğunu göstərmək istəyib. İndi Rusiya birbaşa etiraz etmir, əvəzində Lukaşenkonun dili ilə mövqeyini dilə gətirir deyə düşünürəm. Rusiya üçün bu planda problemli məsələlərdən biri ərazilərlə bağlıdır. Plan Rusiyaya işğal etdiyi ərazilər üzərində de-fakto tanıma imkanı verir, lakin ərazi mübadiləsi məsələsində onlar da müəyyən ərazilərdən geri çəkilməlidir. Halbuki, Moskva bütövlükdə Donbası və ordunun girdiyi əraziləri istəyirdi. İndi müzakirə mərhələsi başlayır və Moskva prosesdən maksimum qazancla çıxmaq istəyir. ABŞ-ın 28 bəndlik planının reallaşacağı ehtimalı az görünür, Cenevrə danışıqlarında plana edilən korrektlərdə də bu fikri gücləndirdi. İndi Rusiyanın korrekt edilmiş planla razı olub-olmayacağı həlledici olacaq. Fikrimcə, Rusiya tələblərini maksimal həddə tutmağa çalışacaq, amma hadisələrin inkişafında sülh planının qəbul edilməsi gözləntisi az deyil. Ukrayna müharibəsinin başlanmasındakı geosiyasi hədəflər də bu zərurəti yaradıb”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr