AZ

Ayran və mineral suyun birlikdə içilməsinin gözlənilməz faydası məlum oldu

Mütəxəssislər bildirirlər ki, ayran və mineral su düzgün nisbətdə birləşdirildikdə təkbaşına içildiyindən daha çox fayda verir

E-saglam.az xəbər verir ki, bu təsir xüsusilə yeməkdən sonra və düzgün porsiya ilə qəbul edildikdə daha aydın hiss olunur.

Həzmə kömək edir və şişkinliyi azaldır

Diyetoloqların sözlərinə görə, ayranın probiotik və zülal tərkibi mineral suyun maqnezium, kalium və kalsium kimi minerallarla zənginliyi ilə birlikdə həzm sisteminə müsbət təsir göstərir. Bu qarışıq mədə turşusunu tarazlaşdıraraq həzmsizlik və şişkinliyi azalda bilir.

Ekspert diyetoloq Laura Kensington qeyd edir ki, yarım stəkan ayran və yarım şüşə təbii mineral su ağır yeməklərdən sonra mədəni sakitləşdirir və elektrolit balansını tez bərpa edir.

Toxluq hissi yarada bilər

Araşdırmalar göstərir ki, bu qarışıq məşqdən sonra da faydalı ola bilər. İtirilmiş mineralların bərpasını sürətləndirir və yüngül toxluq hissi yaradır.

Kimlər ehtiyat etməlidir?

Mütəxəssislər yüksək təzyiqi və ya mədə həssaslığı olan insanların bu qarışığı diqqətlə qəbul etməli olduğunu vurğulayırlar. Mineral suyun, xüsusilə də natrium tərkibi yüksək olanların çox istifadəsi bəzi şəxslərdə ödem və ya təzyiq artımına səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
10
e-saglam.az

1Mənbələr