AZ

Macarıstanlı əfsanədən ''Fənər''in stadionuna tərif: ''Kadıköy ''Uembli''dən daha gurultuludu''

''Fənərbaxça''nı bu axşam Avropa Liqasında doğma meydanda ''Ferenstvaroş''la oyun gözləyir.

Bu arada oyundan öncə Macarıstan mətbuatı bu ölkənin əfsanələrindən olan Layoş Kyu ilə söhbətləşib. Bu da təsadüfi deyil. Hazırda 77 yaşı olan Kyu 1971/72-də UEFA kubokunda ''Ferenstvaroş''un heyətində İstanbula gələn isimlərdən biri olub.

1971-ci ilin sentyabrın 14-də oynanılan matçda 1:1-lik bərabərlik qeydə alınmış və qonaqların heyətində qolu məhz Kyu vurmuşdu. Sentyabrın 29-da Macarıstandakı cavab oyununda isə meydan sahibləri 3:1 üstün olaraq mərhələni adlamışdılar. O vaxtdan bu yana komandaların yolu ilk dəfədi, kəsişir.

Kyu Kadıköydəki atmosferə tərif yağdıraraq bunları deyib:
''Həmin gün sanki cəhənnəmdə oyuna çıxmışdıq. Stadiondakı gurultu o qədər güclü idi ki, bir-birimizin səsini güclə eşidirdik. Bir-birimizlə ünsiyyət qurmaq üçün mütləq qışqırmalı olurduq. Mən ''Uembli''də 100 min fanatın önündə də oynamışam. Ancaq İstanbuldakı qədər gurultu fırtınası yaşamamışdım. Qarşıdakı oyundan ən azı bərabərlik gözləyirəm. Nə üçün uduzmalıyıq? 4 tura 10 xal toplamışıq və uğurlu oyunlar seriyamızı davam etdirməliyik. ''Fənərbaxça'' dünya səviyyəli ulduzlara sahibdi. Ancaq bu o demək deyil ki, əvvəlcədən əllərimizi yuxarı qaldırıb təslim olmalıyıq. Bizim komanda Avropa nəhənglərinə qarşı uğurlu nəticələr əldə etməyi bacarır. Qısası, Avropada uğurlu oynamaqda davam etməliyik''.
Seçilən
13
1
football-plus.az

2Mənbələr