Rusiya Prezidenti Vladimir Putin döyüşlərin dayandırılması üçün şərtini açıqlayıb.
APA-nın Moskva bürosunun xəbərinə görə, Qırğızıstana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Putin deyib ki, Ukrayna qoşunları tutduğu əraziləri tərk etdikdə döyüşlər dayanacaq.