AZ

Gürcüstanda yoxa çıxdılar - FOTO

Gürcüstan paytaxtı Tiflisdə naməlum şəxslər “Yaşıl Tiyə” hərəkatının liderləri Vladimir Dubovski və onun sevgilisi Alina Savelyevanı avtomobilə mindirərək naməlum istiqamətə aparıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onların hər ikisi Rusiyada axtarışdadır: Dubovski terrorçuluq maddəsi ilə, Savelyeva isə “ordu haqqında feyklər yaymaq” ittihamı ilə axtarılır.

Cütlüyün yoxa çıxması onların əlaqə saxlamamağa başlamasından sonra məlum olub: tanışları onların Tiflisdəki evinə gəlib, mənzildə bağlı qalmış pişiyi tapıb, qonşu isə hadisənin detalları barədə məlumat verib.

Təxminən bir ay əvvəl Dubovski və Savelyeva sığınacaq ala bilmədikləri Gürcüstanı tərk edərək Serbiyaya uçmaq istəyiblər, lakin formal bəhanə ilə reysdən çıxarılıblar.

Qeyd edək ki, “Yaşıl Tiyə” üzvləri özlərini “Uzaq Şərqdə doğulmuş və böyümüş insanlar” kimi təqdim edir və əsas məqsədlərinin “doğma torpaqlarının Rusiya üçün resurs koloniyası kimi mövcudluğunu dayandırmaq” olduğunu bildirirlər.

Musavat.com

Дубовский

Seçilən
9
musavat.com

1Mənbələr