AZ

Əks yola çıxan sürücü qarşıdan gələn maşını görüb təhlükə yaratdı 99 LL 389 VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Nəsimi rayonu, 20 Yanvar küçəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 26-da saat 19:06 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 99-LL-389 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxıb və qarşıdan gələn maşını görərək anidən öz zolağına manevr edib. Bu zaman həmin zolaqdakı sürücüyə qəza şəraiti yaranıb.

Qeyd edək ki, hərəkət zamanı diqqətsizlik və qəfil manevrlər ciddi qəza riskinə səbəb olur. Sürücülər hər zaman zolaqlar üzrə hərəkət etməli, qarşıdan gələn nəqliyyat vasitələrini nəzərə almalı və təhlükəsizlik məsafəsini qorumağa çalışmalıdırlar. Bu, yolda həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edir.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
avtosfer.az

1Mənbələr