BAKI, 27 noyabr. TELEQRAF
Türkiyənin Antalya şəhərində narkotik əleyhinə keçirilən əməliyyat çərçivəsində 458 nəfər saxlanılıb.
Teleqraf "TRThaber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirilir ki, Antalyanın ayrı-ayrı yerlərində keçirilən "Narkokapan Antalya-2" əməliyyat 4 aylıq izləmənin nəticəsində reallaşıb.
Əməliyyata 609 qrup, 2 min 753 polis, 1 helikopter, 5 PUA cəlb edilib.
“Mən vəzifəyə gəldiyim gündən 93 279 narkotik alverçisi yaxalanıb. Onlardan 225 ton narkotik, 260 milyon narkotik həb, təxminən 18 ton prekursor kimyəvi maddə müsadirə edilib. Mütəşəkkil cinayətkar təşkilatlara qarşı apardığımız əməliyyatlar nəticəsində 345 mütəşəkkil cinayətkar təşkilatı sıradan çıxarılıb" - nazir bildirib.
Yerlikaya qeyd edib ki, Avropada narkotik cinayətinin artdığı bir vaxtda Türkiyə bu tendensiya azalıb.