AZ

Simonyanın Bakı arzusu: Qafarovaya təklif edəcək, özü isə...

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistan parlamentinin sədri Alen Simonyan əlverişli anda Bakıya səfər etməyə hazır olduğunu bildirib. O, həmçinin Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanı İrəvana dəvət etmədiyi düşündüyünü söyləyib.

Simonyan gələcəkdə Azərbaycana səfər təklifi olacağı təqdirdə bunu nəzərdən keçirə biləcəyini qeyd edib. Erməni spiker Azərbaycan və Ermənistan arasında artıq sülhün əldə edildiyini, zamanla sərhədlərin açılacağını və xalqlar arasında ticarət əlaqələrinin qurulacağını söyləyib.

Simonyanın yaxın zamanda Bakıya səfəri nə dərəcədə mümkündür? Sahibə Qafarova İrəvana gedə bilərmi?

Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev deyib ki, Alen Simonyanın fikirlərini səmimi hesab etmək olar:

“Çünki o, dəfələrlə çıxışlarında münaqişəyə son qoymaqla bağlı çağırışlar edib. Ümumiyyətlə, keçmişdə verdiyi bəyanatları nəzərə alsaq, bu mövqeyi məntiqlidir. Parlament sədrlərinin səfəri məsələsinə gəlincə, bunu demək üçün hələ tezdir. Zaman göstərəcək”.

Fərid Şəfiyev

Qeyd edək ki, oktyabrın 22-də İrəvanda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında ilk görüş baş tutdu. Növbəti müzakirə Bakıda keçirildi və Ermənistan nümayəndələrinin Bakıya səfəri maraqla qarşılandı.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
50
globalinfo.az

10Mənbələr