Kipr təmsilçisi “Pafos” öz meydanında “Monako” ilə qarşılaşıb və tərəflər 2:2 hesablı heç-heçə ilə kifayətləniblər.
90deqiqe.Az-ın məlumatına görə, matçda Kipr klubunun heyətində fərqlənən futbolçulardan biri braziliyalı müdafiəçi David Luis olub.
Təcrübəli futbolçu vurduğu qolla ÇL tarixinin ən yaşlı bombardirləri siyahısında ikinci yerə yüksəldi – 38 yaş 218 gün. Onu qabaqlayan yeganə oyunçu isə 40 yaş 290 gün göstəricisi ilə rekorda sahib olan Pepedir.
Xatırladaq ki, David Luis karyerası ərzində PSJ, “Çelsi” və digər top-klublarda çıxış edib.